Küveytin Milli Neft Korporasiyası (Kuwait Petroleum Corporation, KPC) martın 31-də başa çatan 2022-2023-cü maliyyə ilinin sonunda son 10 ildə ən böyük xalis mənfəəti - 8,5 milyard dollardan çox əldə edib.
“Report” xəbər verir ki, bu barədə korporasiyanın baş direktoru Şeyx Navaf Səud əl-Sabah bildirib.
Onun sözlərinə görə, milli səviyyədə neft emalı gücləri hesabat dövründə 50% artaraq sutkada 800 min bareldən 1,2 milyon barelə yüksəlib.
“Biz ümid edirik ki, cari maliyyə ilinin bu rübündə “Az-Zur” neft emalı zavodu tam istifadəyə verildikdə, bu həcmi 1,4 milyon barelə çatdıracağıq. Bu ilin sonuna qədər Omandakı Ad-Dukm neft emalı zavodunun kommersiya fəaliyyətinə başlaması planlaşdırılır. Beləliklə, korporasiyanın Omandakı, eləcə də Vyetnam və İtaliyadakı obyektlərində emal gücü 600 min tondan çox artacaq”.