Kiyevdə daha bir “SOCAR” brendli YDM inşa ediləcək

Kiyevdə daha bir “SOCAR” brendli YDM inşa ediləcək Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə şirkəti - “SOCAR Energy Ukraine” paytaxt Kiyevdə “SOCAR” brendi altında yeni yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verməyi planlaşdırır.
Energetika
21 Noyabr , 2018 10:29
Kiyevdə daha bir “SOCAR” brendli YDM inşa ediləcək

Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə şirkəti - “SOCAR Energy Ukraine” paytaxt Kiyevdə “SOCAR” brendi altında yeni yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verməyi planlaşdırır.

“Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, Kiyevin Obolon rayonunun Stepan Bandera küçəsi 36 ünvanında yerləşəcək YDM-də kafe-mağaza da fəaliyyət göstərəcək.

Məlumata görə, yeni inşa ediləcək tikintinin ümumi sahəsi 0,35 ha təşkil edir. “SOCAR Energy Ukraine” şirkəti YDM-də 4 yanacaqpaylama kalonkasının tikintisini, həmçinin kompleksin mayeləşdirilmiş qazın satışı üçün modul ilə təchiz edilməsini nəzərdə tutub.

YDM-də müştərilərə Aİ-92, Aİ-95, “Aİ-95 Nano”, “Aİ-98 Nano”, dizel yanacağı və “Nano” dizel yanacaqları təklif ediləcək. SOCAR-ın hesablamalarına əsasən, yeni YDM-də gündəlik olaraq 250 avtomobilə xidmətin göstərilməsi nəzərdə tutulub. YDM-də illik 2 625 kubmetr neft məhsullarının (1 680 m3 benzin və 945 m3 dizel yanacağı) satışı təşkil ediləcək. Bundan başqa, mayeləşdirilmiş qazın satışının illik 1 750 kubmetr həcmində olacağı təxmin edilir.

Həmçinin, YDM-in ərazisində ayrıca olaraq 110 yerlik kafe-mağaza inşa ediləcək.

“SOCAR Ukrayna” şirkətindən bildiriblər ki,  Bandera küçəsindəki bu YDM-dən başqa Kiyevdə daha bir YDM-nin inşası planlaşdırılır.

Qeyd edək ki, SOCAR-ın Ukraynadakı törəməsi - “SOCAR Energy Ukraine” şirkəti 2008-ci ildən fəaliyyət göstərir. Hazırda şirkət bu ölkənin 11 vilayətində 59 yanacaqdoldurma məntəqəsinə malikdir. 

Son xəbərlər

Orphus sistemi