KİV: Tramp ABŞ-ın energetika sahəsində dünya liderinə çevrilməsi üçün planlarını açıqlayacaq

KİV: Tramp ABŞ-ın energetika sahəsində dünya liderinə çevrilməsi üçün planlarını açıqlayacaq ABŞ 2018-ci ildə hasilat rekordunu yeniləyə bilər
Energetika
26 İyun , 2017 12:54
KİV: Tramp ABŞ-ın energetika sahəsində dünya liderinə çevrilməsi üçün planlarını açıqlayacaq

Bakı. 26 iyun. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp bu həftəni "Energetika həftəsi" elan edərək ölkəsinin neft və qaz ixracını artırmağa çağırmaq barədə planlarını açıqlayıb. 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, prezident ölkəsinin dünyada energetika sektorunda həlledici mövqeyə malik olmasının vacibliyini vurğulayıb.

Agentlik həmçinin bildirib ki, D.Tramp neft, qaz, kömür və s. enerji resursları üzrə ABŞ-ın xalis ixracatçı ölkə olmasını istəyir. ABŞ prezidentinin bu həftə Energetika Nazirliyində çıxışı gözlənilir. Onun karbohidrat ixracı sayəsində ABŞ-ın gücünün qlobal arenada möhkəmlənəcəyi barədə fikirlər söyləyəcəyi ehtimal edilir.

Qeyd edək ki, analitiklər uzun illər ABŞ siyasətçilərinin enerji asılılığından qurtulması barədə danışdıqlarını, indi isə daha da irəli gedərək ixracatçı ölkə olmaq istədiklərini bildirirlər. Bu isə qlobal karbohidrat bazarında vəziyyəti daha da pisləşdirə bilər.

"Bloomberg" 2018-ci ildə ABŞ-ın neft hasilatını 10 mln. barel/günü ötməsini proqnozlaşdırır. Belə olarsa ABŞ 1970-ci ildəki hasilat rekordunu yeniləyə bilər. 

Son xəbərlər

Orphus sistemi