Kaxa Kaladze: “Qazprom”un təklifinə Gürcüstan hökuməti razılıq verməlidir”

Kaxa Kaladze: “Qazprom”un təklifinə Gürcüstan hökuməti razılıq verməlidir” “Qazprom” Ermənistana satdığı təbii qazın Gürcüstan ərazisindən nəqlinə görə, nağd pul təklif edib
Energetika
11 Yanvar , 2017 10:51
Kaxa Kaladze: “Qazprom”un təklifinə Gürcüstan hökuməti razılıq verməlidir”

Tbilisi. 11 yanvar. REPORT.AZ/ "Gürcüstan ilə “Qazprom” arasında danışıqların 3-cü mərhələsi başa çatıb. Yanvarın 10-da Minskdə keçirilən görüşdə yenə də, “Qazprom” Ermənistana satdığı təbii qazın Gürcüstan ərazisindən nəqlinə görə, nağd pul təklif edib".

"Report"un Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze “Qazprom” nümayəndələri ilə görüşünün nəticələri barədə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, “Qazprom” Ermənistana satdığı təbii qazın Gürcüstan ərazisindən nəqlinə görə daşınan “mavi yanacağın” ümumi həcminin 10 faizi həcmində rəsmi Tbilisiyə təbii qaz verirdi: "Bu müqavilənin müddəti 2016-cı il dekabrın 31-də başa çatmışdı. Yeni müqavilənin layihəsi hazırlanarkən bəzi şərtlərdə dəyişikliklər nəzərdə tutulub. Belə ki, Gürcüstan yenə də, “mavi yanacağın” nəqlinə görə qaz almaq niyyətində olsa da “Qazprom” qazın nəqlinə görə, nağd pul ödəməkdə israrlıdır".

K.Kaladzenin sözlərinə görə, “Qazprom”un təklifi Gürcüstan hökumətinin iclasında müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi