“Kapital Bank” nizamnamə kapitalını artırıb

“Kapital Bank” nizamnamə kapitalını artırıb Bakı. 24 sentyabr. REPORT.AZ/ Bakı Fond Birjasında “Kapital Bank” ASC-nin yeni səhmlərinin əldə edilməsinə dair insayder əqdi bağlanılıb.
Maliyyə
24 Sentyabr , 2018 11:06
“Kapital Bank” nizamnamə kapitalını artırıb
Report

Bakı. 24 sentyabr. REPORT.AZ/ Bakı Fond Birjasında “Kapital Bank” ASC-nin yeni səhmlərinin əldə edilməsinə dair insayder əqdi bağlanılıb.

“Report” bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası yanında məlumatların Elektron Açıqlanması Sisteminə istinadən xəbər verir.

Məlumata görə, əqd bankın hər birinin nominal dəyəri 12,39 manat olan 1 614 205 ədəd yeni və imtiyazlı səhminin realizə edilməsini nəzərdə tutur.

Qiymətli kağızları “Kapital Bank”ın əsas səhmdarı – “PAŞA Holdinq” MMC əldə edib. Son nəticədə Bankın nizamnamə kapitalı 10,76% və yaxud 20 mln. manat artaraq 205,85 mln. manata yüksəlib. 

Son xəbərlər

Orphus sistemi