​Kanadanın "Zenith Energy" şirkəti Azərbaycanda nümayəndəliyini açacaq

​Kanadanın "Zenith Energy" şirkəti Azərbaycanda nümayəndəliyini açacaq "Biz Azərbaycana sərmayə yatırmağı səbirsizliklə gözləyirik"
Energetika
28 Sentyabr , 2015 06:54
​Kanadanın Zenith Energy şirkəti Azərbaycanda nümayəndəliyini açacaq

Bakı. 28 sentyabr. REPORT.AZ/ Kanadanın "Zenith Energy LTD" enerji şirkətinin Direktorlar Şurası Azərbaycanda regional ofisin açılması barədə qərar qəbul edib.

"Report" xəbər verir ki, bu barədə Kanadanın "Stockhouse" maliyyə xəbərləri portalı məlumat yayıb.

Bu, "Zenith Energy" şirkətinin dördüncü ofisi olacaq, digər üçü Kalqari (Kanada), Genuya (İtaliya) və Buenos-Ayresdə (Argentina) yerləşir.

"Biz Azərbaycana - xarici investorlar üçün geniş imkanlara malik dinamik inkişaf edən ölkəyə sərmayə yatırmağı səbirsizliklə gözləyirik", - deyə "Zenith Energy LTD"nin prezidenti Andrea Kattaneo bildirib.

Son xəbərlər

Orphus sistemi