“JP Morgan”: "Yaxın illərdə neft 190 dollaradək bahalaşa bilər"
Energetika
- 18 oktyabr, 2021
- 15:02
Dünyada mövcud olan enerji böhranı nəticəsində neftin qiymətləri sürətlə artır. Bir çox ekspertlərə görə, yaxın vaxtlarda neft 100 dollaradək bahalaşa bilər.
“Report” xəbər verir ki, “JP Morgan” bankının hesabatına görə cari ildə neft qiymətləri 64 faiz bahalaşaraq çoxillik rekordu yeniləyib. Neftin bahalaşması nəticəsində qarşıdakı bir neçə ay ərzində illik inflyasiyanın 0,4 faiz arta biləcəyi də qeyd olunub.
Hesabat müəlliflərinə görə, 2025-ci ildə xam neft 190 dollaradək bahalaşa bilər.
Neftin bahalaşması daha çox tələbatla təklif arasında uyğunsuzluqdan irəli gəlir. Belə ki, neft istehlakının bütün dünyada artması müqabilində əsas ixracatçı ölkələr hasilatı tədricən artırmaq qərarı verdiyindən bazardakı təklif tələbatdan geri qalır.
Son xəbərlər
02:10
Hörmüz boğazı ərazisində iki neft tankeri minalara düşərək partlayıb.
Region02:05
İran şəhərlərində partlayışlar baş verib, SEPAH isə ABŞ-nin "MQ-9" PUA-sını məhv edib
Region01:36
İraq və Suriya Hədisa-Baniyas neft kəmərinin bərpası ilə bağlı saziş imzalayıb
Energetika01:03
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərini vurub
Region00:32
ABŞ İrana qarşı yeni zərbələr endirməyə başlayıb
Region00:13
Yamal ümumi qrupla məşqlərə qayıdıb
Futbol23:50
İran ABŞ-yə xəbərdarlıq edib
Region23:48
Hava proqnozu dəyişib: Bakıda yağış yağacaq, şimşək çaxacaq
Ekologiya23:33