Azərbaycanda atmosferə atılan istixana qazlarının azaldılması, karbon kreditləri və karbon ticarəti sisteminin yaradılması, tənzimlənməsi məqsədilə hazırlanan qanun layihəsinə özəl biznes subyektlərinin perspektivindən baxılması vacibdir və sənədlə bağlı ictimai müzakirələr keçiriləcək.
"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Bakıda keçirilən V İqtisadiyyat və İdarəetmə Sahəsində Təqdqiqatçıların Beynəlxalq Elmi Konfansında bildirib.
O vurğulayıb ki, bu kontekstdə fikir mübadiləsinin aparılması olduqca vacibdir: "Bütün maraqlı tərəflərin iştirakı ilə ictimai müzakirələrin keçirilməsi nəzərdə tutulur".
"Hazırda ölkədə atmosferə atılan istixana qazların azaldılması və dəkarbonizasiya sahəsində böyük işlər aparılır. Belə ki, ötən il Qlazqo şəhərində keçirilən iqlim sammitində ölkəmiz 2050-ci ilə qədər istixana effekti yaradan qazların emissiyasının həcmini 4 0%-ə qədər azaltmağı şərti hədəf kimi götürüb və işğaldan azad edilmiş ərazilərdə təmiz 0 emissiya zonasının yaradılması ilə planlarını bəyan edib", - deyə o vurğulayıb.