İsrail Azərbaycandan neft idxalını 70 %-dən çox artırıb

Energetika
  • 19 aprel, 2022
  • 07:39
İsrail Azərbaycandan neft idxalını 70 %-dən çox artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycandan İsrailə 521 min 32 ton xam neft ixrac edilib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 328 milyon 80 min ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-mart aylarında Azərbaycandan İsrailə ixrac olunmuş xam neftin həcmi 2021-ci ilin eyni dövrün göstəriciləri ilə müqayisədə 70,44 %, dəyəri isə 2,62 dəfə çoxdur.

Azərbaycandan İsrailə ixrac edilən xam neftin ümumi ixracda payı 8,85 % olub. İsrail idxal həcmlərinə görə Azərbaycandan xam neft idxal edən ölkələr sırasında üçüncü yerdədir. Ötən ilin eyni dövründə isə bu siyahıda dördüncü olub.

Xatırladaq ki, bu ilin yanvar-mart ayları ərzində Azərbaycan ümumilikdə 5 milyon 887 min 523,51 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 3 milyard 680 milyon 031,85 min ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-mart aylarında ixrac olunmuş xam neftin həcmi 2021-ci ilin eyni dövrün göstəriciləri ilə müqayisədə 16,4 % az, dəyəri isə 38,1 % çoxdur.