İspaniya Azərbaycandan neft alışını 10 %-dək artırıb

Energetika
  • 30 yanvar, 2023
  • 10:31
İspaniya Azərbaycandan neft alışını 10 %-dək artırıb

2022-ci ildə Azərbaycandan İspaniyaya 1 milyon 393 min 132,02 ton xam neft ixrac edilib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 998 milyon 958,11 min ABŞ dolları təşkil edib.

Ötən il ərzində Azərbaycandan İspaniyaya ixrac olunmuş məhsulun miqdarı 2021-ci ilin göstəriciləri ilə müqayisədə 9,62 %, dəyəri isə 80,7 % çoxdur.

Azərbaycandan İspaniyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 5,35 % olub.

Xatırladaq ki, 2022-ci il ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 26 milyon 24 min 201,67 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 19 milyard 483 milyon 623,56 min ABŞ dolları təşkil edib.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycan xarici ölkələrlə 52 milyard 686 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. İllik xarici ticarət dövriyyəsinin 38 milyard 147 milyon ABŞ dolları ixracın, 14 milyard 540 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti