İrlandiya Azərbaycandan neft alışını kəskin azaldıb
- 21 avqust, 2024
- 13:39
Bu ilin yanvar-iyul aylarında Azərbaycandan İrlandiyaya 86,4 min ton xam neft ixrac edilib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 54,2 milyon BŞ dolları təşkil edib.
Ötən 7 ay ərzində Azərbaycandan İrlandiyaya ixrac olunmuş məhsulun həcmi ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 7,3 dəfə, dəyəri isə 6,8 dəfə azdır.
Hesabat dövründə Azərbaycandan İrlandiyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 0,6 % olub.
Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 14,7 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Ötən 7 ay ərzində Azərbaycandan ixrac edilən xam neftin dəyəri 9 milyard 225,9 milyon ABŞ dolları təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 26 milyard 892,1 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 16 milyard 99 milyon ABŞ dolları ixracın, 10 milyard 793 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 22,5 % azalıb, idxal isə 12,9 % artıb.