İlin əvvəlindən IGB vasitəsilə 3 milyon MVt-dan çox qaz nəql edilib

İlin əvvəlindən IGB vasitəsilə 3 milyon MVt-dan çox qaz nəql edilib İlin əvvəlindən iki ay ərzində Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) vasitəsilə 3,08 milyon meqavat/saat təbii qaz nəql edilib.
Energetika
10 Mart , 2023 18:31
İlin əvvəlindən IGB vasitəsilə 3 milyon MVt-dan çox qaz nəql edilib

İlin əvvəlindən iki ay ərzində Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) vasitəsilə 3,08 milyon meqavat/saat təbii qaz nəql edilib.

Bu barədə “Report”a ICGB operator şirkətindən məlumat verilib.

“Kəmər 2022-ci il oktyabrın 1-də kommersiya istismarına verildiyi vaxtdan bu kəmərlə ümumilikdə 7,9 milyon meqavat/saat təbii qaz nəql edilib. Fevralın sonuna qədər IGB-nin cəmi 15 qeydiyyatdan keçmiş istifadəçisi var idi”, - qeyd edilib.

Xatırladaq ki, Yunanıstan-Bolqarıstan qaz kəməri 2022-ci il oktyabrın əvvəlində kommersiya istismarına verilib. IGB Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağ”ın Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycanın təbii qazı Bolqarıstanın tələbatının 25-30 %-ni ödəyə biləcək.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi