İlham Əliyev “Qobu” Elektrik Stansiyasının tikintisindən danışdı

İlham Əliyev “Qobu” Elektrik Stansiyasının tikintisindən danışdı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 21-də 1000 meqavat yükötürmə gücü olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının tikintisi ilə tanış olub, həmçinin 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının təməlini qoyub.
Energetika
21 Avqust , 2020 12:38
İlham Əliyev “Qobu” Elektrik Stansiyasının tikintisindən danışdı
İlham Əliyev

“Bu gün ölkəmizin elektroenergetika sahəsində növbəti önəmli addım atılır. “Qobu” Elektrik Stansiyasının təməl daşını qoyduq. Əminəm ki, bu stansiyanın tikintisi uğurla gedəcək və nəzərdə tutulmuş vaxtda – 2022-ci ilin əvvəlində stansiya tam istifadəyə veriləcəkdir. Bu, bizim enerji potensialımızın gücləndirilməsi istiqamətində çox önəmli addımdır. Stansiyanın generasiya gücü 385 meqavatdır. Bu, ölkəmizdə tikilən böyük stansiyalar arasında öz yerini tapacaq”.

"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 21-də 1000 meqavat yükötürmə gücü olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının tikintisi ilə tanışlıq, həmçinin 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının təməlini qoyarkən bildirib. 

“Əlbəttə ki, yeni generasiya güclərinin yaradılması bizim ümumi inkişafımızın təzahürüdür. Çünki enerji sistemimizin müasirləşdirilməsi ölkəmizin ümumi inkişafı ilə uzlaşır və bütün işlər planlı şəkildə aparılır. Son iki il ərzində 1300 meqavata qədər itirilmiş generasiya gücləri mövcud stansiyalarda bərpa edilmişdir. Ən böyük işlər Mingəçevir İstilik Elektrik Stansiyasında görülmüşdür. Orada 600 meqavat generasiya gücü bərpa edildi və bu gün 2400 meqavat gücündə tam gücü ilə işləyən bu stansiya bizim əsas enerji mənbəyimizdir. Bu stansiyanın ömrü uzadıldı və bundan sonra onilliklər ərzində bizə xidmət göstərəcək”, - dövlət başçısı qeyd edib.

Son xəbərlər

Orphus sistemi