Bu gün səhər saatlarında baş verən qəzalar zamanı qaz təchizatında müvəqqəti fasilələr yaranıb.
Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi "Halal" mərasim evi ilə üzbəüz ərazidə avtomobil yoldan çıxaraq əhali abonentlərini qazla təmin edən yerüstü orta təzyiqli diametri 57 mm olan qaz xəttinə çırpılıb. Qaz borusu yararsız hala düşüb. Nəticədə 80 abonentin qaz təminatında fasilə yaranıb.
Bundan başqa, Bərdə şəhərinin Həzi Aslanov küçəsi istiqamətində də avtomobillə diametri 40 mm olan qaz xəttini vurub yararsız hala salıblar. Qaz təchizatı dayandırılan müddətdə 45 abonentin qaz təminatında fasilə yaranıb.
Hər iki hadisə ilə bağlı müvafiq prosedurların icrasına başlanılıb.