IGB kəmərinin kommersiya məqsədli istifadəyə verilməsinə hazırlıq davam edir

IGB kəmərinin kommersiya məqsədli istifadəyə verilməsinə hazırlıq davam edir “Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) kommersiya məqsədli istifadəyə verilməsinə hazırlıq gedir”.
Energetika
23 İyun , 2022 15:27
IGB kəmərinin kommersiya məqsədli istifadəyə verilməsinə hazırlıq davam edir

“Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) kommersiya məqsədli istifadəyə verilməsinə hazırlıq gedir”.

“Report”a IGB operatoru olan ICGB-dən verilən məlumata görə, iyunun ortalarından təbii qazın xəttə vurulması ilə interkonnektorun 182 kilometrlik marşrutu boyunca sınaqlar aparılıb, onun həcmi hazırda 3,7 milyon kubmetrdir.

“Sınaqların birinci mərhələsi çərçivəsində Komotini istiqamətində təbii qaz verilir. Nəmin və oksigenin boru kəmərinə daxil olmasının qarşısını almaq üçün bütün bölmələr əvvəlcədən azotla təmizlənir. Bu, infrastrukturun kommersiya məqsədli istismarına hazırlanması üçün məcburi texniki tələblərdən biridir”, - məlumatda bildirilir.

Qeyd olunur ki, interkonnektor kommersiya məqsədli istismara verildikdən sonra kəmərə veriləcək təzyiq müvafiq gündə nəql olunan təbii qazın miqdarından asılı olaraq dəyişəcək.

Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazı almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi