IEA: "Təbii qaza tələbatın artımı zəifləyəcək"

IEA: "Təbii qaza tələbatın artımı zəifləyəcək" Bu il dünyada təbii qaza tələbatın artımı 2021-ci ildəki 4,6% qarşı cəmi 0,9% təşkil edəcək.
Energetika
31 Yanvar , 2022 15:34
IEA: Təbii qaza tələbatın artımı zəifləyəcək

Bu il dünyada təbii qaza tələbatın artımı 2021-ci ildəki 4,6%-ə qarşı cəmi 0,9% təşkil edəcək. 2022-ci ildə "mavi yanacağ"ın qlobal istehlakının 4,109 milyard kubmetrdən 4,148 milyard kubmetrə çatması güman edilir.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) yeni hesabatında bildirilir. 

Sənəddə həmçinin deyilir ki, tələbatın artımı Amerikada 1%, Asiyada 5% təşkil edəcək, əvəzində Avropada tələbat 4% azalacaq. Bu isə “qismən qaz qurğularında elektrik enerjisi istehsalının 6% azalması” ilə bağlı olacaq. Avropada qazın bahalaşması üzündən bərpa olunan enerji mənbələri və kömürdən daha geniş istifadə olunması nəticəsində, habelə qış aylarında havaların nisbətən mülayim keçəcəyi təqdirdə qaz elektrik stansiyalarında istehsalın azalacağı gözlənilir. Bununla belə, sənayedə qaz istehlakı artmağa davam edərək pandemiyadan əvvəlki səviyyəyə çıxacaq.

Son xəbərlər

Orphus sistemi