IEA: Azərbaycan iyulda “OPEC+” kvotasından gündəlik 90 min barel geri qalıb
Energetika
- 13 avqust, 2025
- 12:40
Bu ilin iyul ayında Azərbaycanda gündəlik neft hasilatı 0,46 milyon barel təşkil edib.
"Report" Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına istinadən xəbər verir ki, bu, iyun ayının göstəricisi ilə eynidir.
IEA analitiklərinin hesablamalarına görə, iyulda Azərbaycanda gündəlik neft hasilatı “OPEC+” sazişi çərçivəsində plandan gündəlik 0,09 milyon barel geri qalıb.
Bundan əvvəl OPEC-in aylıq hesabatında bildirilib ki, iyul ayında Azərbaycanda orta gündəlik neft hasilatı sutkada 0,462 milyon barel təşkil edib. Kvotadan geri qalma 0,089 milyon barel olub.
Xatırladaq ki, “OPEC+” ölkələri nazirlərinin 37-ci iclasında əldə edilmiş razılaşmaya əsasən, 2025-ci il üçün Azərbaycanın hasilat kvotası gündəlik 0,551 milyon barel təşkil edir.
Son xəbərlər
15:26
Əhməd İsmayılov: Ölkədə sağlam informasiya mühitinin qorunması mühüm əhəmiyyət daşıyır
Media15:25
Baş nazir: Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi obyektiv səbəblərdən bir qədər azalıb
Biznes15:24
Foto
Azərbaycanın gənc pilotu mövsümün son yarışını uğurla başa vurub
Fərdi15:24
Azərbaycanın kollektor agentliyi səhmdarlarına dividend ödəyəcək
Maliyyə15:24
Əli Əsədov: Abşeron yatağından qazın Türkiyəyə ixracına başlanılması ilə bağlı danışıqlar aparılır
Energetika15:21
ABŞ-nin Qrenlandiyaya xüsusi elçi təyin etməsi Danimarkada etiraz doğurub
Digər ölkələr15:19
Əli Əsədov: 2024-cü ildə Azərbaycanla Türkiyə arasında imzalanan Fəaliyyət Planı 78 % icra olunub
Xarici siyasət15:13
Foto
"Qaçqınkom"un sədri İmişlidə vətəndaşları qəbul edib
Daxili siyasət15:08