Bakı. 3 fevral. REPORT.AZ/ İraq və İordaniya Bəsrə və Akaba limanlarını birləşdirəcək neft kəmərinin inşası barədə razılıq əldə edib. Bağdad həmçinin Əmmana Kərkük yataqlarından gündəlik 10 min barel neft tədarük etməyə başlayacaq.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə İraq və İordaniyanın baş naziri Adil Əbd əl-Mehdi və Ömər Razzazın birgə bəyanatında qeyd olunub.
"Tərəflər İraqın Hadita regionundan keçməklə Bəsrədən İordaniyanın Akaba limanınadək uzanacaq neft kəmərinin inşası üçün lazım olan tədqiqatlara başlamaq barədə razılığa gəliblər. Bu, İraqın neft ixracı kanallarının şaxələndirilməsini təmin edəcək", - deyə bəyanatda bildirilir.
Görüşün yekun bəyanatında qeyd olunur ki, baş nazirlər eləcə də, İraqın İordaniyanı neftin nəqli və dəyərinin hesablanması zamanı müxtəlif amilər nəzərə alınmaqla, Kərkükdən hər gün 10 min barel neft ilə təmin etməsi barədə anlaşıblar.