İraq naziri: “OPEC+ ölkələri sazişin uzadılmasını nəzərdən keçirəcəklər”
Energetika
- 04 dekabr, 2019
- 13:33
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
OPEC+ ölkələri hasilatın azldılması ilə bağlı sazişin uzadılmasını nəzərdən keçirəcəklər, amma müddət hələ müzakirə olunur.
“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu barədə İraqın neft naziri Tamir Qadban bildirib.
“Mən əminəm ki, dekabrda OPEC+ ölkələri sazişin uzadılmasına razılaşacaqlar", - o qeyd edib.
Qeyd edək ki, dekabrın 6-da Vyanada OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 7-ci görüşü keçiriləcək.
2018-ci ilin dekabrın 7-də “OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 mln. barel azaldılması ilə bağlı imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin müddəti bu ilin 1 iyul tarixindən 2020-ci ilin I rübünün sonunadək uzadılıb.
Son xəbərlər
03:43
Diyarbəkirdə yol-nəqliyyat hadisəsi baş verib, 2 nəfər ölüb, 12 nəfər yaralanıb
Region
03:41
"Bloomberg": ABŞ NATO-dan Ukrayna üçün silahlara daha çox vəsait tələb edəcək
Digər ölkələr
03:17
Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında Azərbaycanın ilk qızıl medalçısı Bakıya qayıdıb
Fərdi
03:00
Böyük Britaniyadan olan ər-arvad Mərakeşdəki hoteldə həyatını itirib
Digər ölkələr
02:32
Kamışevaxaya endirilən zərbə nəticəsində ölənlərin sayı 26-ya çatıb - Yenilənib-2
Digər ölkələr
02:22
Tramp neftin ucuzlaşmasını İranla mümkün sülhlə əlaqələndirib
Digər ölkələr
01:57
ÜST Efiopiyanın şimalında səhiyyə sisteminin çökmə təhlükəsi barədə xəbərdarlıq edib
Digər ölkələr
01:21
Cey Di Vens ABŞ-İran danışıqlarında irəliləyiş olduğunu bildirib - Əlavə olunub
Digər ölkələr
01:16
İranın Qeşm adasında partlayış səsləri eşidilib
Region