İranın neft naziri: "Rusiya OPEC+ anlaşmasından vaxtından əvvəl çıxa bilər"
Energetika
- 15 mart, 2018
- 10:14
İranın neft naziri Bican Namdar Zanqane
Bakı. 15 mart. REPORT.AZ/ "Neft hasilatının həcminin azaldılması ilə bağlı anlaşmanın əsas iştirakçılarından biri olan Rusiya anlaşmadan vaxtından əvvəl çıxa bilər."
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu İranın neft naziri Bican Namdar Zanqane deyib.
Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) anlaşmanın müddətini uzadıb-uzatmayacağı barədə suala cavabında B.N.Zanqane bildirib ki, Rusiyanın bu ilin sonuna qədər anlaşmada qalmaq istəyi görünmür. O, həmçinin qeyd edib ki, əgər belə olarsa, anlaşmaya dəyişikliklər edilməlidir.
Xatırladaq ki, OPEC+ anlaşmasına əsasən, Rusiya gündəlik hasilatın həcmini 300 min barel, digər əsas neft hasilatçısı olan Səudiyyə Ərəbistanı isə 468 min barel azaltmaq öhdəliyini üzərinə götürüb.
Son xəbərlər
06:32
ABŞ-nin patrul təyyarəsi SEPAH-ın təlim keçirdiyi rayon üzərində kəşfiyyat aparıb
Digər ölkələr06:07
Nyu-Yorkun şimalında kilsədə partlayış olub, azı beş nəfər yaralanıb
Digər ölkələr05:40
Vaşinqtonun sorğusu əsasında İsveçdə Rusiya vətəndaşı saxlanılıb
Digər ölkələr05:13
Koloradoda yol qəzasında dörd nəfər ölüb, 29 nəfər yaralanıb
Digər ölkələr04:42
Fransada daşqın nəticəsində 100 min hektardan çox ərazi su altında qalıb
Digər ölkələr04:04
"USS Gerald R. Ford" ABŞ-nin Avropa Komandanlığının məsuliyyət zonasına daxil olub
Digər ölkələr03:38
"Politico": Avropalıların yarısından çoxu demokratiyadan narazıdır
Digər ölkələr03:08
BMT-nin xüsusi iclasında Azərbaycanın aqrar sistemlərin modernləşdirilməsi siyasətindən bəhs olunub
Xarici siyasət02:34