SOCAR-ın əməkdaşlarına sertifikatlar təqdim edilib

SOCAR-ın əməkdaşlarına sertifikatlar təqdim edilib Sertifikatlar "Əməyin mühafizəsi və təhlükəsizlik texnikası" üzrə ilkin təlimatlandırma kursunda iştirak etmiş əməkdaşlara verilib
Energetika
15 Mart , 2016 13:09
SOCAR-ın əməkdaşlarına sertifikatlar təqdim edilib

Bakı. 15 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İnsan Resursları Departamentində “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası”(ƏMTT) üzrə ilkin təlimatlandırma kursunda iştirak etmiş əməkdaşlara sertifikatlar təqdim edilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, Departamentin rəisi Asif Bəkirli təhlükəsiz əmək şəraitinin SOCAR üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb və bu sahə üzrə mütəmadi təlimlərin keçirildiyini bildirib. Qeyd edilib ki, əməyin mühafizəsi və təhlükəsizlik texnikası ümumilikdə insan resurslarının idarə edilməsi prosesində vacib əhəmiyyət kəsb edir. A.Bəkirli bildirib ki, insan resurslarının idarə edilməsi insan kapitalının formalaşdırılmasına, əməyin mühafizəsi və təhlükəsizlik texnikası tədbirlərinin gücləndirilməsi isə insan resurslarının sağlamlığının təmin edilməsinə, məhsuldarlığının artırılmasına xidmət edir. O həmçinin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində 2005-ci ildən etibarən əməyin mühafizəsi və təhlükəsizlik texnikası sahəsində həm nəzəri, həm də praktiki cəhətdən yüksək səviyyəli kursların təşkil olunduğunu tədbir iştirakçılarına çatdırıb. 

Daha sonra TTSİ-nin rəisi Fuad Süleymanov çıxış edərək təlim iştirakçılarını təbrik edib, ilk dəfə SOCAR-ın baş ofisinin əməkdaşları üçün ƏMTT kursunun keçirilməsinin əhəmiyyətini qeyd edib. İdarə rəisi bildirib ki, TTSİ-nin kadr hazırlığı mərkəzlərində müdavimlərə nəzəri biliklərin verilməsi ilə yanaşı praktiki cəhətdən yüksək səviyyəli təlimlər təşkil edilir. TTSİ-nin istehsalat təlimi ustaları çıxış edərək göstərdikləri marağa görə kurs iştirakçılarına təşəkkürlərini bildirib, İRD əməkdaşları isə kursun gedişatı haqqında öz düşüncələrini bölüşüb və təlimçilərdən məmnunluqlarını ifadə ediblər.

Tədbirin sonunda “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası” üzrə ilkin təlimatlandırma kursunda iştirak etmiş əməkdaşlara sertifikatlar təqdim olunub.

Son xəbərlər

Orphus sistemi