İngiltərənin neft şirkəti Azərbaycanda filial açıb

İngiltərənin neft şirkəti Azərbaycanda filial açıb
Energetika
19 Dekabr , 2018 09:20
İngiltərənin neft şirkəti Azərbaycanda filial açıb
Report

Bakı. 19 dekabr. REPORT.AZ/ “Harrington Petroleum Limited” şirkətinin Azərbaycandakı filialı dövlət qeydiyyatına alınıb.

“Report” “Vergilər” qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, filialın hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal, ev 60, mənzil 89, ünvanında yerləşir.

Şirkətin qanuni təmsilçisi Hindistan vətəndaşı olan Ojha Jaikumardır.

MMC bu ilin 25 oktyabr tarixində dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, 1998-ci ildə İngiltərə yaradılan şirkət neft-qaz sektorunda logistika, ticarət, məhsulların çatdırılması ilə məşğuldur. Şirkətin Dubayda, Hong-Kongda, Şanxayda, Sinqapurda, İstanbulda ofisləri var.