Yuxarı
    Bağlamaq

    İndiyədək SOCAR-ın xarici təhsil üzrə təqaüdünü 268 gənc qazanıb

    2011-2015-ci illərdə SOCAR-da 3,6 minədək vakansiya olub

    Bakı. 18 fevral. REPORT.AZ/ Bu vaxta qədər Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) xarici təhsil üzrə təqaüdünü qazanan gənclərin sayı 268 nəfərdir. Onlardan 45-i hazırda təhsilini davam etdirir. "Report"un verdiyi xəbərə görə, bunu QHT-lərlə görüşündə şirkətin İnsan Resursları Departamentinin rəhbəri Asif Bəkirli deyib.

    Onun sözlərinə görə, həmin tələbələr hazırda 9 ölkədə, o cümlədən 26 nəfəri Böyük Britaniyada təhsil alır. O qeyd edib ki, ümumilikdə SOCAR-ın təqaüd proqramını qazanan gənclər 15 ölkədə təhsil alıb.

    "Hazırda təhsil alan tələbələrdən 19-u bakalavr, 26-sı isə magistr pilləsi üzrə təhsilini davam etdirir", - deyə departament rəhbəri qeyd edib.

    A.Bəkirli bildirib ki, SOCAR-da vakansiya elan olunanda ilk olaraq SOCAR-ın təqaüd proqramı ilə xaricdə təhsil almış mütəxəssislərə üstünlük verilir.

    SOCAR-da 2011-2015-ci illərdə 3 554 vakansiya olub. Onlardan 2 088-i fəhlə, 1 044-ü mütəxəssis, 331-i rəhbər işçi, 91-i isə texniki icraçıdır.

    Şirkət rəsmisi SOCAR-da ixtisarla bağlı məsələyə aydınlıq gətirərkən bildirib ki, ixtisarlar yalnız həmin vəzifə və ya bölmə ləğv edildikdə olur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi