İlin I yarısında BTC ilə 16 mln. tona yaxın neft nəql edilib

İlin I yarısında BTC ilə 16 mln. tona yaxın neft nəql edilib Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 19,744 mln. ton neft nəql edilib.
Energetika
17 İyul , 2019 14:18
İlin I yarısında BTC ilə 16 mln. tona yaxın neft nəql edilib

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 19,744 mln. ton neft nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbər görə, magistral neft kəmərləri ilə nəqletmənin həcmi ötən ilin müvafiq dövründən 2,9% az olub.

Nəqletmənin 81%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.

Belə ki, cari ilin yanvar-iyun ayları ərzində bu kəmər vasitəsilə 15 985,7 min ton neft ötürülüb ki, bu da ötən ilin müvafiq dövründən 3,4% azdır. Dövr ərzində BTC kəməri ilə 2 316,3 min ton (28% az) tranzit nefti də nəql edilib.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. Hazırda BTC kəməri, əsasən, Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur.

Azərbaycan nefti illik ötürücülük qabiliyyəti 7 mln. ton olan Bakı-Supsa kəməri, həmçinin Bakı-Novorossiysk kəməri ilə də nəql edilir.

Son xəbərlər

Orphus sistemi