İlin 9 ayında ABƏŞ AÇG layihəsinə 1,19 mlrd. dollar xərcləyib

İlin 9 ayında ABƏŞ AÇG layihəsinə 1,19 mlrd. dollar xərcləyib Bakı. 21 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi layihəsinə 1,192 mlrd. ABŞ dolları xərcləyib.
Energetika
21 Noyabr , 2018 15:03
İlin 9 ayında ABƏŞ AÇG layihəsinə 1,19 mlrd. dollar xərcləyib

Bakı. 21 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi layihəsinə 1,192 mlrd. ABŞ dolları xərcləyib.

“Report” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə yaydığı məlumatda qeyd edilib.

Bu məbləğ ötən ilin müvafiq dövründən 3% azdır.

2018-ci ilin üç rübü ərzində AÇG üzrə xərclərin, təqribən, 367 mln. dollarını əməliyyat məsrəfləri və 825 mln. dollarını əsaslı məsrəflər təşkil edib. AÇG-nin əməliyyat xərclərinin həcmi illik müqayisədə 8% artıb, əsaslı xərcləri isə 7% azalıb.

Xatırladaq ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. 1995-ci ilin fevralında ABƏŞ yaradılıb.

2017-ci il sentyabrın 14-də “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb. Yeni saziş yatağın 2050-ci ilədək işlənməsini nəzərdə tutur.

Yeni müqavilədə tərəfdaşların pay bölgüsü bu nisbətdədir: BP - 30,37%, AzACG (SOCAR) - 25,00%, "Chevron" - 9,57%, "Inpex" - 9,31%, "Equinor" - 7,27%, "ExxonMobil" - 6,79%, TPAO - 5,73%, "Itochu" - 3,65% və "ONGC Videsh Ltd." (OVL) - 2,31%.

İngilis versiyası AIOC spends $1.19B on ACG

Son xəbərlər

Orphus sistemi