İki neft-qaz şirkəti birləşib
Energetika
- 15 fevral, 2016
- 12:46
Bakı. 15 fevral. REPORT.AZ/ "Royal Dutch Shell" (İngiltərə-Hollandiya) neft-qaz konserni və "BG Group" (Böyük Britaniya) neft-qaz şirkətinin birləşmə prosesi yekunlaşıb.
"Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, analitiklərin hesablamalarına görə, yaradılan yeni şirkət neft-qaz bazarının ikinci böyük şirkəti olacaq.
"Bu gündən "BG Group" şirkəti "Royal Dutch Shell"in bir hissəsi olub. Bu, "Shell" üçün çox vacib andır. Biz Braziliya və Avstraliya da daxil olmaqla, dünyanın bir çox ölkəsində neft-qaz hasilatı layihələrini almışıq və daha sadə və iqtisadi effektli şirkət formalaşdıra biləcəyik. Birlikdə təcrübəmizi dərinsulu hasilata və maye qaza yönəldəcəyik", - deyə "Shell" şirkətinin rəhbəri Ben van Berden bildirib.
Son xəbərlər
15:32
"Gəncəbasar" klubunun ictimaiyyət üçün təqdimatı keçirilib
Futbol15:32
Səadət Yusifova: Ahıska türklərinin taleyi mənəvi dəyərlərə, milli kimliyə sədaqətin nümunəsidir
Mədəniyyət siyasəti15:29
Ayan Qəmbərova: "Məqsədimiz peşəkar qiymətləndirici korpusu formalaşdırmaqdır" - MÜSAHİBƏ
Biznes15:24
Birol Akgün: Türkiyə-Azərbaycan münasibətləri strateji tərəfdaşlıqdan daha dərin və qiymətlidir
Region15:18
UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununa 15 min bilet satılıb
Futbol15:01
Salyanda avtomobil 32 yaşlı piyadanı vuraraq öldürüb
Hadisə14:52
Azərbaycan mebel idxalına çəkdiyi xərci 18 %-ə yaxın azaldıb
Biznes14:44
Şəhid oğlu: Atamın məzarının olması böyük təskinlikdir
Qarabağ14:34