Yuxarı

İAP layihə şirkətinin hüquqi prosedurları tamamlanıb

Bakı. 21 fevral. REPORT.AZ/ Cənubi Qaz Dəhlizinin 5-ci Məşvərət Şurası çərçivəsində İonik-Adriatik qaz kəmərinin (İAP) Layihə İdarə Edilməsi Qrupunun iclası keçirilib.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib. 

Onun sözlərinə görə, tədbirdə Albaniya, Xorvatiya, Monteneqro və SOCAR-ın Balkan ölkələrindəki törəmə şirkətinin ("SOCAR Balkans") nümayəndələri iştirak edib.

İ.Əhmədov qeyd edib ki, iclasda İAP Layihəsi Şirkətinin yaranmasında olan inkişaf və layihənin fəaliyyət planının həyata keçirilməsi statusu müzakirə olunub: “Qrup bu nəticəyə gəlib ki, layihə şirkətinin hüquqi prosedurları, demək olar ki, tamamlanıb və iştirakçı şirkətlər müvafiq sənədləri aidiyyəti dövlətlərə təsdiq olunması üçün təqdim ediblər”.

Onun sözlərinə görə, qrup İAP Layihə Şirkətinin yaxın bir neçə ay ərzində yaranacağına inanımı ifadə edib: “İAP layihəsi Trans-Adriatik Qaz Boru Kəmərini (TAP) Xorvatiya qazpaylama sisteminə birləşdirəcək və bununla da təbii qazın Cənub-Şərqi, Mərkəzi və Şərqi Avropaya nəqlini gerçəkləşdirəcək. SOCAR “SOCAR Balkans” şirkəti vasitəsilə İAP üçün texniki məsləhət xidmətlərini həyata keçirəcək və Qrupda müşahidəçi statusu var".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi