Hindistan Azərbaycandan neft alışını azaldıb
- 19 avqust, 2024
- 07:08
Bu ilin yanvar-iyul aylarında Azərbaycan Hindistana 894 min 130 ton xam neft ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 568 milyon 773,53 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə Azərbaycandan Hindistana ixrac olunmuş məhsulun həcmi ötən ilin yanvar-iyul aylarının göstəriciləri ilə müqayisədə 20,35 %, dəyəri isə 14,7 % azalıb.
7 ay ərzində Azərbaycandan Hindistana ixrac edilən xam neftin ümumi neft ixracında payı 6,1 % olub.
Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 14 milyon 696 min 092,26 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Ötən 7 ay ərzində Azərbaycandan ixrac edilən xam neftin dəyəri 9 milyard 225 milyon 936,20 min ABŞ dolları təşkil edib.
Hesabay dövründə Azərbaycan xarici ölkələrlə 26 milyard 892,121 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 16 milyard 99 milyon ABŞ dolları ixracın, 10 milyard 793 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 22,5 % azalıb, idxal isə 12,9 % artıb.