Bakı. 22 oktyabr. REPORT.AZ/ “STAR zavodu Türkiyədə böyük həcmdə tələbatı qarşılayacaq”.
Bunu “Report”a Türkiyə Enerji İqtisadiyyatı Dərnəyinin prezidenti, Boğaziçi Universitetinin professoru Gürkan Kumbaroğlu oktyabrın 19-da Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində açılışı keçirilən STAR neft emalı zavodu layihəsi ilə bağlı fikirlərini bölüşərkən bildirib.
O xatırladıb ki, STAR zavodu sayəsində Türkiyədə neft məhsullarının idxalında 1,5 mlrd. dollar qənaət ediləcək.
“Zavodda istehsal olunacaq məhsullardan biri də dizel yanacağıdır ki, Türkiyə bu məhsulu Hindistan, Rusiya, Avropa ölkələri - Bolqarıstan, Yunanıstan, İtaliyadan, hətta İsraildən idxal edir. Bu ölkələrin isə xam nefti yoxdur, onlar xam nefti alıb emal edərək istehsal edilən dizel yanacağını ixrac edir. İndi isə bu əlavə dəyər Türkiyədə istehsal ediləcək. Türkiyə Azərbaycan münasibətlərində hər iki ölkə qazanacaq. Bu çox önəmlidir”, -G. Kumbaroğlu vurğulayıb.
Qeyd edək ki, oktyabrın 19-da Türkiyənin İzmir şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə STAR zavodunun açılış mərasimi keçirilib. Layihənin ümumi investisiya dəyəri 6,3 mlrd. ABŞ dolları təşkil edir. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir.
Türkiyə Enerji İqtisadiyyatı Dərnəyinin prezidenti, Boğaziçi Universitetinin professoru Gürkan Kumbaroğlu
Zavodda istehsal olunacaq məhsullardan biri də dizel yanacağıdır ki, Türkiyə bu məhsulu Hindistan, Rusiya, Avropa ölkələri - Bolqarıstan, Yunanıstan, İtaliyadan, hətta İsraildən idxal edir. Bu ölkələrin isə xam nefti yoxdur, onlar xam nefti alıb emal edərək istehsal edilən dizel yanacağını ixrac edir. İndi isə bu əlavə dəyər Türkiyədə istehsal ediləcək. Türkiyə Azərbaycan münasibətlərində hər iki ölkə qazanacaq. Bu çox önəmlidir.
Gürkan KumbaroğluПреподаватель Босфорского университета, профессор Гюркан Кумбароглу
Zavod ildə 10 mln. ton xam neft emal gücünə malikdir. Müəssisə “Urals”, “Azeri Light” və “Kərkük” kimi müxtəlif çeşidli neftlərin emalını həyata keçirə biləcək ən son texnologiya ilə dizayn edilib
Zavodda ildə 1,6 mln. ton nafta, təxminən 5 mln. ton dizel, 1,6 mln. ton təyyarə yanacağı, 300 min ton LPG, 700 min ton neft koksu, 400 min ton qarışıq ksilol, 160 min ton kükürd, 500 min ton reformat istehsal olunacaq. STAR əsas payı SOCAR-a məxsus Türkiyənin yeganə neft-kimya kompleksi olan “Petkim”i xammalla təmin edəcək, Türkiyə bazarında getdikcə artan dizel və təyyarə yanacağı tələbatının bir hissəsini qarşılayacaq, Türkiyənin idxalını 1,5 mlrd. dollar azaldacaq. Müəssisə Türkiyənin neft məhsullarına olan tələbatının 25%-dən çoxunu təmin edəcək.