Gürcüstanın builki dizel yanacağı idxalının 20%-ni Azərbaycan təmin edib

Gürcüstanın builki dizel yanacağı idxalının 20%-ni Azərbaycan təmin edib Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan 807,5 min ton benzin və dizel yanacağı idxal edib.
Energetika
12 Oktyabr , 2020 14:55
Gürcüstanın builki dizel yanacağı idxalının 20%-ni Azərbaycan təmin edib

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan 807,5 min ton benzin və dizel yanacağı idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyindən bildirilib.

İllik müqayisədə idxalın həcmi 28,1 min ton və yaxud 3,6% artıb.

İlk 9 ayda Gürcüstanın dizel yanacağı tədarükünün 159,3 min tonu və yaxud 19,7%-i Azərbaycanın payına düşüb.

Hesabat dövründə qonşu ölkə ən çox Rusiyadan benzin və dizel (250,8 min ton) alıb.

Son xəbərlər

Orphus sistemi