Gürcüstanda təbii qazın tarifləri dəyişdirilə bilər

Gürcüstanda təbii qazın tarifləri dəyişdirilə bilər Komissiya martın 31-dək yeni qaz tarifləri ilə bağlı təklifləri qəbul edəcək
Energetika
2 Mart , 2017 17:45
Gürcüstanda təbii qazın tarifləri dəyişdirilə bilər

Bakı. 2 mart. REPORT.AZ/ Gürcüstanın energetika və su təchizatı üzrə Milli Tənzimləyici Komissiyası ölkədə təbii qazın yeni tarifləri ilə bağlı iyulun 20-dək yekun qərar verəcək.

“Report” “Sputnik” agentliyinə istinadən xəbər verir ki, Komissiya martın 31-dək yeni qaz tarifləri ilə bağlı təklifləri qəbul edəcək.

Komissiyanın üzvlərindən biri - Qoça Şoniya daha əvvəl təbii qaz tarifinin artımını istisna etməyib. O bildirib ki, müraciətlərə baxıldıqdan sonra hər şey aydınlaşacaq.

SOCAR Georgia Gas” və “Sakorqqaz” Komissiyaya təbii qazın nəqli, paylanması, ötürülməsi və istehlakının tarifləri ilə bağlı müraciət edib.

Məsələyə ilk olaraq martın 1-də baxılıb. Komissiya maraqlı şirkətlərə təkliflərini təqdim etmək üçün martın 31-dək vaxt verməyi qərarlaşdırıb.

Bundan başqa, qazın tarifinə baxılması üçün “KazTransQaz-Tbilisi” bu həftə müraciət ünvanlayıb. Komissiyadan bildirilib ki, bu məsələ ilə bağlı ictimai-inzibati baxış hələ başlamayıb.


Son xəbərlər

Orphus sistemi