Gürcüstan yeraltı qaz anbarının tikintisinə bu ilin sonlarında başlayacaq
- 08 may, 2018
- 10:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Tbilisi. 8 may. REPORT.AZ/ “Gürcüstan yeraltı qaz anbarının tikintisinə bu ilin sonlarında başlayacaq. Tikinti işlərinin 2020-ci ildə başa çatdırılması nəzərdə tutulub. Düşünürəm ki, biz tikintini vaxtında başa çatdıra biləcəyik”.
Bu sözləri “Report”un Gürcüstan bürosuna açıqlamasında ölkənin iqtisadiyyat nazirinin müavini Romeo Mikautadze söyləyib.
Nazir müavini bildirib ki, anbarda 300 mln. kubmetrədək təbii qaz saxlamaq mümkün olacaq ki, bu da Gürcüstanın illik qaz istehlakının, təxminən, 15 faizini təşkil edir.
Onun sözlərinə görə, qaz anbarı Azərbaycanın “Şahdəniz” yatağından tədarük olunan qazın hesabına doldurulacaq.
Məlumat üçün qeyd edək ki, anbarın tikintisinin 2018-ci ilin birinci yarısında başlanılması gözlənilsə də, inşa işləri ilə bağlı müqavilə bu ilin ikinci yarısında imzalanacaq.
Qonşu ölkədə qaz anbarının tikintisi layihəsinin ümumi dəyəri, təqribən, 300 mln. dollar təşkil edir.
Anbarın Tbilisinin Samqori rayonunda tikilməsi planlaşdırılır.