Bu ilin ilk yarısında Gürcüstan 232 milyon ABŞ dolları dəyərində neft və neft məhsulları tədarük edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.
Neft və neft məhsullarının Gürcüstanın ümumi idxalındakı payı 6,5% təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə qonşu ölkə bu məhsulların idxalını 32,1% azaldıb.
Yanvar-iyun aylarında Gürcüstan həmçinin 158 milyon ABŞ dolları dəyərində təbii qaz idxal edib ki, bu həcm illik müqayisədə 11,7% azdır.