Gürcüstan Azərbaycandan təbii qaz idxalını 5% artırıb

Gürcüstan Azərbaycandan təbii qaz idxalını 5% artırıb Bu ilin yanvar-noyabr aylarında Gürcüstan Azərbaycanda 1,513 milyard kubmetr təbii qaz idxal edib.
Energetika
23 Dekabr , 2019 10:42
Gürcüstan Azərbaycandan təbii qaz idxalını 5% artırıb

Bu ilin yanvar-noyabr aylarında Gürcüstan Azərbaycanda 1,513 milyard kubmetr təbii qaz idxal edib.

Bu barədə “Report”un yerli bürosuna Gürcüstanın Milli Statistika Xidmətindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,9% çoxdur.

On bir ay ərzində qonşu ölkənin idxal etdiyi “mavi yanacağ”ın dəyəri 250,911 milyon ABŞ dollar təşkil edib. Bu, illik müqayisədə 4,65% çoxdur. 

Son xəbərlər

Orphus sistemi