Gürcüstan Azərbaycandan qaz və neft tədarükünü azaldıb

Gürcüstan Azərbaycandan qaz və neft tədarükünü azaldıb Gürcüstan Azərbaycandan qaz və neft tədarükünü azaldıb
Energetika
20 İyul , 2020 16:30
Gürcüstan Azərbaycandan qaz və neft tədarükünü azaldıb

Bu ilin I yarısında Gürcüstan Azərbaycandan ümumi dəyəri 133,1 milyon ABŞ dolları olan 935 milyon kubmetr təbii qaz tədarük edib.

Bu barədə “Report”un yerli bürosuna Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan qonşu ölkəyə ixrac olunan qazın həcmi 19,4% azalıb.

Hesabat dövründə Gürcüstanın Azərbaycandan idxal etdiyi neft və neft məhsullarının həcmi illik müqayisədə 54,3% azalaraq 90 min ton təşkil edib. Məhsulun ümumi dəyəri 24,5 milyon ABŞ dollarına bərabər olub.

Son xəbərlər

Orphus sistemi