Gürcüstan Azərbaycandan qaz idxalını 7%-dən çox artırıb

Gürcüstan Azərbaycandan qaz idxalını 7%-dən çox artırıb Bu ilin birinci yarısında Gürcüstan Azərbaycandan 985 624,0 kubmetr təbii qaz idxal edib.
Energetika
19 İyul , 2019 12:05
Gürcüstan Azərbaycandan qaz idxalını 7%-dən çox artırıb

Bu ilin birinci yarısında Gürcüstan Azərbaycandan 985 624,0 kubmetr təbii qaz idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Gürcüstanın Azərbaycandan aldığı təbii qazın ümumi dəyəri 165 mln. 026,7 min dollar təşkil edib.

İllik müqayisədə Azərbaycandan qonşu ölkəyə ixrac olunan təbii qaz həcm baxımından 70 613,1 kubmetr və ya 7,7 % çoxdur. 

Son xəbərlər

Orphus sistemi