Gürcüstan Azərbaycandan elektrik enerjisinin idxalını azaltdı
- 17 fevral, 2020
- 07:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən ay Gürcüstan Azərbaycandan 77,455 mln kilovatt/saat elektrik enerjisi idxal edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) məlumatında bildirilib.
İllik müqayisədə qonşu ölkənin Azərbaycandan tədarük etdiyi elektrik enerjisinin həcmi 99,366 mln. kilovatt/saat və ya 2,28 dəfə azalıb.
Yanvar ayında Gürcüstan ən çox elektrik enerjisini 136,806 mln. kilovatt/saat olmaqla Rusiyadan alıb. Bu həcmdə ötən ilin eyni dövrü ilə müqayisədə 28 dəfə artım qeydə alınıb.
Hesabat dövründə Gürcüstanın idxal etdiyi elektrik enerjisinin ümumi həcmi 214,260 mln. kilovatt/saata bərabər olub ki, bu da ötən ilin anoloji göstəricisindən 32,6 mln. kilovatt/saat çoxdur.