Yuxarı

“Günəşli” yatağında hamamda yıxılan işçi vəfat edib

​“Günəşli” yatağında operator hamamda yıxılaraq vəfat edib

İyulun 15-də saat 18:50 radələrində “Günəşli” yatağındakı 14 saylı dərin dəniz özülündə Elmi təhqiqat işləri istehsalat sahəsinin operatoru, 1980-ci il təvəllüdlü Vəlixanov Seymur Əlihüseyn oğlu hamamda yıxıldığı vəziyyətdə aşkar edilib və vəfat etdiyi müəyyənləşdirilib.

“Report” xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

İlkin rəyə əsasən, ölüm hadisəsinə baş nahiyyəsinin xəsarəti və beyinə qan sızması səbəb olub.

Hadisənin baş vermə səbəbləri “Azneft” İstehsalat Birliyinin baş direktorunun əmri ilə yaradılmış müvafiq komissiya tərəfindən yerində araşdırılır. Bildirilib ki, hadisə ilə bağlı əlavə məlumat veriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi