Günəş enerjisinin istehsalı sahəsində 2 mühüm irəliləyiş əldə olunub

Günəş enerjisinin istehsalı sahəsində 2 mühüm irəliləyiş əldə olunub Günəş batareyaları sahəsində irəliləyişlər günəş enerjisinin istehsalı sahəsində vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.
Energetika
381
21 İyul , 2020 10:05
Günəş enerjisinin istehsalı sahəsində 2 mühüm irəliləyiş əldə olunub

Günəş batareyaları sahəsində irəliləyişlər günəş enerjisinin istehsalı sahəsində vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.

“Report” “The Independent” nəşrinə istinadən xəbər verir ki, bu barədə “Nature Energy” və “Nuture Photonics”in birgə araşdırmasında bildirilir. 

Alimlərin fikrincə, günəş enerjisinin istehsal xərclərini xeyli azaltmaq mümkündür. Belə ki, oksigen aşağı enerjili işığın molekula ötürülməsi, onun isə elektrikə çevrilməsində istifadə oluna bilər.

“Günəş enerjisi sadəcə görünməz işıq deyil. Onun spektri genişdir. Bura bizə istilik verən infraqırmızı, həmçinin bizim dərimizi yandıra bilən ultrabənövşəyi şüalar daxildir. Günəş elementlərinin böyük hissəsi kremnidən ibarətdir”, - professorTom Şmidt bildirib.

Bundan başqa, alimlərə 16% daha effektiv və dözümlü günəş enerjisinin modulunu hazırlaya biliblər. Belə ki, yeni modul 2 000 saatlıq davamlı istifadədən sonra belə yüksək səviyyədə işləməyə davam edəcək.

Son xəbərlər

Orphus sistemi