"GL Group"un rəhbəri: "Azərbaycan investorlara dünya miqyaslı neft-qaz aktivləri təklif edir"
- 02 iyun, 2026
- 11:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan həm ənənəvi, həm də qeyri-ənənəvi neft-qaz sektorunda dünya miqyaslı aktivlərə, o cümlədən neft və qaz yataqları, eləcə də gələcəkdə geoloji kəşfiyyat işləri üçün perspektivli yetkin obyektlərə malikdir.
"Report"un məlumatına görə, bunu "GL Group"un (Azərbaycan) baş icraçı direktoru və Məşvərət Şurasının sədri Asif Zeynalov 31-ci Bakı Enerji Forumunda bəyan edib.
"Burada çox böyük imkanlar mövcuddur. Azərbaycanın Orta Dəhlizin mərkəzində strateji mövqeyə malik olması ölkəyə logistika və beynəlxalq təchizat zəncirlərinin üstünlüklərindən səmərəli istifadə etməyə imkan verir. Bundan başqa, Azərbaycan özünü sabit dövlət kimi tanıdıb ki, bu da regionu biznesin inkişafı məqsədilə nəzərdən keçirən investorlar və operatorlar üçün mühüm amildir.
Həmçinin inkişaf etmiş infrastrukturun və şaxələndirilmiş boru kəməri sisteminin mövcudluğunu nəzərə almaq lazımdır. Bu, bütün bazar iştirakçılarının, xüsusilə Azərbaycan bazarına ilk dəfə daxil olan şirkətlərin faydalana biləcəyi əhəmiyyətli üstünlükdür", - A.Zeynalov qeyd edib.