Gələn il Azərbaycanda neft hasilatının artırılacağı proqnozlaşdırılır

Gələn il Azərbaycanda neft hasilatının artırılacağı proqnozlaşdırılır Bakı. 23 oktyabr. REPORT.AZ/ Gələn il Azərbaycanda neft hasilatının həcminin 38 496,4 min ton təşkil edəcəyi proqnozlaşdırılır.
Energetika
23 Oktyabr , 2018 12:38
Gələn il Azərbaycanda neft hasilatının artırılacağı proqnozlaşdırılır
0 : 00
0 : 00

Bakı. 23 oktyabr. REPORT.AZ/ Gələn il Azərbaycanda neft hasilatının həcminin 38 496,4 min ton təşkil edəcəyi proqnozlaşdırılır.

“Report” bu barədə 2019-cu il üzrə dövlət büdcəsi zərfinə istinadən xəbər verir.

Gələn il proqnozlaşdırılan neft hasilatının həcmi bu ilin proqnozundan 1,7% çox, 2017-ci ilin icrasından isə 0,67% azdır.

Qeyd edək ki, bu il Azərbaycanda neft hasilatının 37 848,1 min ton olacağı proqnozlaşdırılır. 2017-ci ildə isə ölkədə 38,756 mln. ton neft hasil edilib.

Sənədə əsasən, 2020-ci ildə Azərbaycanda neft hasilatının həcminin 38 936,5 min ton, 2021-ci ildə 39 096,0 min ton, 2022-ci ildə isə 38 961,2 min ton təşkil edəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi