"Fitch": Neftin qiyməti 2018-ci ildə 60 dollara qalxacaq

"Fitch": Neftin qiyməti 2018-ci ildə 60 dollara qalxacaq Bu il isə bazardakı orta qiymət 45 dollar/barel olacaq
Energetika
29 Yanvar , 2016 14:09
Fitch: Neftin qiyməti 2018-ci ildə 60 dollara qalxacaq

Bakı. 29 yanvar. REPORT.AZ/ Dünya bazarında neftin qiyməti 2018-ci ildə 60 dollar/barelə kimi yüksələcək. "Report" xəbər verir ki, bu proqnozla "Fitch" beynəlxalq reytinq agentliyi çıxış edib.

Agentliyin mütəxəssisləri hesab edirlər ki, buna qədər isə iki il ərzində neft bazarında qiymət azalması müşahidə olunacaq.

"Fitch" karbohidrogenlərin qiyməti ilə bağlı iki ssenari hazırlayıb. Optimist ssenariya görə, 2016-cı ildə bazardakı orta qiymət 45 dollar/barel ətrafında dəyişəcək, 2017-ci ildə neftin qiyməti 55 dollara/barelədək, 2018-ci ildə isə 60 dollar/barelədək artacaq.

"Hazırda dünya bazarında neftin qiyməti 30 dollar/barel ətrafındadır ki, neft layihələrinin maya dəyəri baxımından bu, qəbuledilməz göstəricidir. Neftin qiymətinin aşağı olması hasilatı azaldacaq ki, bu da "qara qızıl"ın dəyərini artıracaq", - deyə "Fitch"in proqnozunda qeyd olunub.

Agentliyin mütəxəssisləri hesab edirlər ki, neft öz mövqeyini bu ildən möhkəmləndirməyə başlayacaq.

Son xəbərlər

Orphus sistemi