“Fitch”: Bu il "Brent" neftinin orta qiyməti 9%-ə qədər aşağı düşəcək

Energetika
  • 08 fevral, 2019
  • 14:04
“Fitch”: Bu il Brent neftinin orta qiyməti 9%-ə qədər aşağı düşəcək

Bakı. 8 fevral. REPORT.AZ/ 2018-ci ildə dünya bazarında “Brent” markalı xam neftin 1 barelinin orta qiyməti 71 ABŞ dolları olub. 

"Report" xəbər verir ki, bu barədə “Fitch” beynəlxalq reytinq agentliyinin açıqlamasında bildirilir. 

Qurum bu il bu rəqəmin 8,65% az - 61 dollar olacağını proqnozlaşdırır. 2020-ci il üçün proqnoz 62,5 dollar/barel, 2021-ci il üçün proqnoz isə 60 dollar/bareldir.