Bu ilin fevral ayında Türkiyə Azərbaycandan 859 mln. kubmetr təbii qaz idxal edib.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.
Bu göstərici ötən ilin müvafiq ayından 25,8% çoxdur.
Türkiyənin ümumi qaz idxalında Azərbaycan üçüncü yerdədir.
Fevral ayında Türkiyənin ümumilikdə qaz idxalı ötən ilin müvafiq ayından 23% artaraq 5,261 mlrd. kubmetr olub. Bu həcmin 2,739 mlrd. kubmetri boru kəmərləri ilə nəql edilən qaz, 2,522 mlrd. kubmetri isə LNG qazı olub.
İlin ikinci ayında Türkiyə Rusiyadan 1,112 mlrd. kubmetr, ABŞ-dan isə 931 mln. kubmetr qaz (LNG) alıb.
Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri