“Exxon Mobil”in zavodundakı yanğında 4 nəfər ağır yaralanıb

“Exxon Mobil”in zavodundakı yanğında 4 nəfər ağır yaralanıb Yaralılardan ikisi qadındır
Energetika
23 Noyabr , 2016 12:35
“Exxon Mobil”in zavodundakı yanğında 4 nəfər ağır yaralanıb

Bakı.23 noyabr. REPORT.AZ/ ABŞ-ın “Exxon Mobil” şirkətinin ölkənin Luiziana ştatında yerləşən "Baton Rouge" ("Baton Ruj") neft emalı zavodunda ötən gün baş vermiş yanğın nəticəsində 4 nəfər ağır yaralanıb. “Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli xəstəxanadan bildirilib.

Məlumata görə, yaralılar yanıq bölməsinə qəbul edilib.

Zavodun əməliyyatlarına yaxın mənbələr bildirib ki, yanğın 5 nəfərin yüksək oktanlı benzin komponentləri istehsal edən alkilləşdirmə qurğusunu təmirdən sonra işə salmağa hazırlaşdığı vaxt baş verib. Nəticədə iki operator və iki usta köməkçisi yaralanıb. Operatorların hər ikisi qadındır. 

"Exxon Mobil" bəyan edib ki, yanğının detalları barədə araşdırma aparılır. Alovun qarşısı saat 16:00 radələrində alınıb. 

Qeyd edək ki, sözgüdən zavod gündəlik 502,5 min barrel neft emal etmək gücünə malikdir və ABŞ-ın 4-cü ən böyük neft emalı müəssisəsidir. Zavod bu ilin avqust ayında baş vermiş daşqından ziyan çəkib. 

Son xəbərlər

Orphus sistemi