Erik Somelar: "Cənub Qaz Dəhlizi strateji əhəmiyyətə malikdir"

Energetika
  • 13 iyun, 2018
  • 09:35
Erik Somelar: Cənub Qaz Dəhlizi strateji əhəmiyyətə malikdir
Aİ-in Azərbaycandakı nümayəndəliyin energetika məsələləri üzrə müşaviri Erik Somelar
Report/ Elchin Murad

Bakı. 13 iyun. REPORT.AZ/ "Cənub Qaz Dəhlizi strateji əhəmiyyətə malikdir və Avropa İttifaqı (Aİ) bu layihəyə dəstək verir".

"Report"un məlumatına görə, bunu "Cənub Qaz Dəhlizi və Cənub-Şərqi Avropanın enerji təhlükəsizliyi" mövzusunda Bakıda keçirilən konfransda Aİ-nin Azərbaycandakı nümayəndəliyinin energetika məsələləri üzrə müşaviri Erik Somelar deyib.

Onun sözlərinə görə, Aİ bu layihənin vaxtında tamamlanmasını dəstəkləyir: "Çünki bu layihə Avropa İttifaqının və onun Balkanlardakı tərəfdaşlarının enerji təhlükəsizliyini təmin edəcək".

E. Somelar həmçinin qeyd edib ki, Azərbaycanın enerji daşıyıcılarının yarısından çoxu Avropaya ixrac olunur, onlardan İtaliya bu daşıyıcılardan 4-5 milyard dollar, Almaniya - 2 milyard dollar, Fransa - 1,5 milyard dollar məbləğində alır. 

Son xəbərlər

Bütün Xəbər Lenti