Ərdoğan: SOCAR başda olmaqla, Azərbaycan şirkətlərinin Türkiyədəki sərmayələri bizi məmnun edir

Ərdoğan: SOCAR başda olmaqla, Azərbaycan şirkətlərinin Türkiyədəki sərmayələri bizi məmnun edir "Son dövrdə ikitərəfli ticarətimizdə mühüm addımlar atdıq. Preferensial Ticarət Sazişi 2021-ci il martın 1-də qüvvəyə mindi. Ticarət dövriyyəmizi 2023-cü ildə 15 milyard dollara çatdırmaq hədəfimizə doğru addım-addım irəliləyirik".
Energetika
15 İyun , 2021 21:55
Ərdoğan: SOCAR başda olmaqla, Azərbaycan şirkətlərinin Türkiyədəki sərmayələri bizi məmnun edir
Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev
0 : 00
0 : 00

"Son dövrdə ikitərəfli ticarətimizdə mühüm addımlar atdıq. Preferensial Ticarət Sazişi 2021-ci il martın 1-də qüvvəyə mindi. Ticarət dövriyyəmizi 2023-cü ildə 15 milyard dollara çatdırmaq hədəfimizə doğru addım-addım irəliləyirik".

"Report" xəbər verir ki, bu sözləri Şuşa Bəyannaməsinin imzalanmasından sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatlarla çıxış edərkən deyib.

Türkiyənin dövlət başçısı deyib:

“Türkiyə Petrolları” başda olmaqla, bir çox şirkətimizin Azərbaycanda mühüm investisiyaları var. Eyni qaydada, SOCAR başda olmaqla, Azərbaycan şirkətlərinin Türkiyədəki sərmayələri bizi məmnun edir. Təkcə Türkiyədə deyil, lazım gələrsə, SOCAR ilə “Türkiyə Petrolları”nın üçüncü ölkələrdə də investisiya qoymaq məsələsini qardaşımla birlikdə müzakirə etdik. İnşallah, bunun üzərində də işləyirik və işləyəcəyik".

Son xəbərlər

Orphus sistemi