Ərdoğan: “Rusiya Türkiyəyə 1 milyard dollar təzminat ödəyəcək”
Energetika
- 26 may, 2018
- 13:09
Bakı. 26 may. REPORT.AZ/ Rusiya Türkiyəyə 1 milyard ABŞ dolları məbləğində təzminat ödəyəcək.
“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan seçki kampaniyası çərçivəsində Ərzurumda seçicilərlə görüşdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bununla bağlı rəsmi Ankara Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edib: “Sizə bir müjdəm var. Rusiyadan "Mavi axın" və "Qərb" xəttindən aldığımız təbii qaz qiymətlərinə üç il əvvəl endirim tələb etmişdik. Tələbimiz yerinə yetirilməyəndə Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət etdik. Uzun müzakirələr nəticəsində 2015-2016-cı illərdə təbii qazda 10,25% endirim olunması ilə bağlı Rusiya ilə razılığa gəldik. Bu səbəbdən ölkəmizə 1 milyard dollar təzminat ödəyəcək”.
Son xəbərlər
15:00
Foto
"44" bədii filminin premyerasının vaxtı məlum olub
İncəsənət14:57
Fatma Varank: Türkiyə COP31-in başlanmasına qədər ikinci şəffaflıq hesabatını təqdim edəcək
Ekologiya14:50
Qiymətləndiricilər Palatasında məhkəmə ekspertizası üzrə təlim keçirilib
Maliyyə14:49
Foto
Kişi cüdoçulardan ibarət Azərbaycan millisi Bakıda beynəlxalq toplanışa qatılıb
Fərdi14:45
Xalq artisti Aleksandr Şarovskinin vəziyyəti ağır olaraq qalır
İncəsənət14:41
Azərbaycanın sərbəst güləş millisi toplanışa başlayıb
Fərdi14:39
Bakıdakı "ECO Clean Energy Center" İƏT ölkələri üçün bərpa olunan enerjiyə dair model qanun hazırlayır
Energetika14:39
Cahid Mikayılov: "Oktyabrda binaların enerji effektivliyi üzrə elektron pasport sistemi yekunlaşdırılacaq"
Energetika14:37