Ər-Riyad yanvarda neftə tələbatın az olacağını proqnozlaşdırır

Energetika
  • 23 noyabr, 2018
  • 01:37
Ər-Riyad yanvarda neftə tələbatın az olacağını proqnozlaşdırır

Bakı. 23 noyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanı yanvar ayında neftə tələbatın az olacağını gözləyir və bazarda onun artıq qalmasına yol verməmək üçün buna uyğun şəkildə davranacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu cümə axşamı Səudiyyə Ərəbistanının energetika, sənaye və mineral ehtiyatlar naziri Xalid bin Əbdül Əziz əl-Faleh deyib.

"Bildiyiniz kimi, İran ixrac icazəsi alıb…Ona görə yanvarda Səudiyyə neftinə tələbat daha az olacaq. Biz müştərilərimizin ehtiyac duymadığı nefti satmayacağıq<...> Bir neçə il əvvəl müşahidə etdiyimiz bolluq heç kimin marağında deyil", - deyə "Reuters" onun sözlərini sitat gətirib.

Bundan əvvəl ABŞ İran neftinin ixracına sanksiya tətbiq edib, lakin eyni zamanda HindistanÇin də daxil olmaqla 8 ölkəyə 180 gün ərzində İrandan neft almağa icazə verib.