Enerji infrastrukturu sahəsində ən böyük sövdələşmələrdən biri reallaşıb

Enerji infrastrukturu sahəsində ən böyük sövdələşmələrdən biri reallaşıb Dünyada enerji infrastrukturu sahəsində bu ilin ən irimiqyaslı sövdələşmələrdən biri həyata keçirilib.
Energetika
7 Dekabr , 2021 17:42
Enerji infrastrukturu sahəsində ən böyük sövdələşmələrdən biri reallaşıb

Dünyada enerji infrastrukturu sahəsində bu ilin ən irimiqyaslı sövdələşmələrdən biri həyata keçirilib.

“Report” xəbər verir ki, “Saudi Aramco” neft-qaz şirkəti “Aramco Gas Pipeline” boru kəməri şəbəkəsində 49%-lik payını ABŞ-ın “BlackRock” və Səudiyyə Ərəbistanının (Hassana İnvestment” şirkətlərinin başçılıq etdiyi konsorsiuma 15,5 milyard dollara satmasına dair müqavilə imzalayıb.

Xatırladaq ki, bu ilin aprel ayında “Aramco” eyni qaydada sahib olduğu neft kəmərləri şəbəkəsində 49%-lik payı ABŞ-ın “EIG Global Energy Partners” şirkətinin başçılıq etdiyi konsorsiuma 12,4 milyard dollara satmışdı. Hər iki halda boru kəmərlərinin sahibi alıcı tərəf olsa da “Aramco” həmin boru kəmərlərini 20 illik icarəyə götürərək nəql olunan məhsullara görə yeni sahiblərə müvafiq haqq ödəyir, eyni zamanda boru kəmərlərinə əməliyyat nəzarətini özündə saxlayır.

Beləliklə, həm əvvəlki, həm də indiki sövdələşmə “Aramco”ya neft və qaz hasilatı və nəqlilə bağlı hər hansı məhdudiyyət gətirmir.

Son xəbərlər

Orphus sistemi